Trampı internetdə ölümlə hədələyən şəxs həbs olunub
13:50 DünyaABŞ sakini ölkə prezidenti Donald Trampa qarşı törədilmiş sui-qəsdin təkrarını vəd etdiyi üçün həbs olunub.
Bu barədə Olaylar.az ABŞ KİV-ə istinadən xəbər verir.
Texas ştatının qərb dairəsi prokurorluğunun açıqlamasına görə, 52 yaşlı San-Antonio şəhər sakini Robert Errera öz sosial şəbəkə hesabında bu təhdidi yayıb.
Qeyd edilir ki, Errera xəbər agentliyinin Trampın Texas ştatına planlaşdırılan səfəri ilə bağlı paylaşımını "Mən bu dəfə qaçırmayacağam" sözləri ilə şərh edib və 2024-cü il iyulun 13-də Pensilvaniyada prezidentə qarşı törədilmiş sui-qəsddən dərhal sonra onu ABŞ Gizli Xidmət agentlərinin əhatəsində göstərən bir fotoşəkil əlavə edib.
İstintaq materiallarına əsasən, digər bir istifadəçi ona qarşı əks-arqument yazdıqda, Errera cavabında "Mən səni axtarıb tapacağam" deyib və avtomat silah və döyüş sursatlarını əks etdirən foto paylaşıb. Bu səbəbdən məsələyə ABŞ-ın Gizli Xidməti də qoşulub.