ABŞ-li səfir: "Ölkəmin PKK/YPG-yə borcu yoxdur”
12 İyul 11:38 DünyaPKK terror təşkilatının silahı yerə qoyması Türkiyə üçün əhəmiyyətli bir hadisədir.
Olaylar.az bildirir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Nyu Yorkda brifinq zamanı deyib.
"ABŞ-ın PKK/YPG-yə bir dövlət daxilində öz müstəqil idarə edə biləcəkləri dövləti yaratmaqda köməklik göstərməyə borcu yoxdur", - səfir əlavə edib.
PKK-nın Suriyadakı quruluşundan danışan T.Barak bildirib ki, Azad Kürdistan olmayacaq:
"Ayrı bir SDG dövləti olmayacaq. Yalnız Suriya var. SDG YPG-dir. YPG də PKK-nın törəməsidir". (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31