ABŞ-da taundan ölüm qeydə alınıb
11:11 DünyaABŞ-da son səkkiz ildə ilk dəfə olaraq bubon taunundan ölüm qeydə alınıb.
Bu barədə Olaylar.az ABŞ KİV-ə istinadən xəbər verir.
Zərərçəkən Arizonanın Kokonino dairəsinin sakinidir və xəstəxanaya müraciət etdiyi gün dünyasını dəyişib.
"Edilən bütün müdaxilələlərə rəğmən xəstəni həyata qaytarmaq mümkün olmayıb", -deyə Şimali Arizona Səhiyyə qurumunun bəyanatında deyilir.
Vəfat edən şəxs pnevmonik tauna yoluxmuş ölü heyvanla təmasda olub, bu isə kəskin ağciyər infeksiyasına səbəb olur.
Bununla belə agentlik bildirib ki, bu ölüm hadisəsinin Flagstaff şəhərinin şimal-şərqində yerləşən Townsend Winona ərazisində bir neçə gün əvvəl baş vermiş çöl itləri arasında kütləvi ölüm hadisəsi ilə heç bir əlaqəsi yoxdur.
Qara ölüm və ya bubon taunu adlandırılan xəstəlik "Yersinia pestis" hərəkətsiz, sporsuz kokkobasilli bakteriya vasitəsilə keçən,orta əsrlərə aid olan yoluxucu xəstəlikdir.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, insanlarda bubonik taun halları nadir təsadüf olunur. İnsanlardan insana tənəffüs damcıları ilə yoluxma riski isə xüsusilə aşağıdır - sonuncu belə yoluxma halı 1921-ci ildə qeydə alınıb.
Qeyd edək ki, xəstəlik 1346-1353-cü illər arasında başlıca olaraq Avropada təxminən 50 milyon insanın ölümünə səbəb olub.