ABŞ Dövlət Katibi Rubio Trampa Lavrovla görüş barədə məlumat verib - ÖZƏL
11 İyul 2025 14:32 DünyaABŞ Dövlət Katibi Marko Rubio bildirib ki, o, prezident Donald Trampla telefonla əlaqə saxlayaraq, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla keçirilən görüş barədə məlumat verib.
Olaylar.az xəbər verir ki, bu barədə Rubio jurnalistlərə açıqlamasında deyib ki, dünən keçirilən görüş konstruktiv olub və müzakirə edilən mövzular üzərində işləmək imkanı var:
"Görüş - və mən bunu böyütmək istəmirəm - konstruktiv keçdi. Orada gələcəkdə işləyə biləcəyimiz mövzular səsləndi, amma ola bilsin, işləməyək də, bunu bilmirəm. Baxacağıq. Amma müzakirə olunan mövzular araşdırıla bilərdi. Dünən həm prezidentə, həm də komandamıza bu barədə məlumat verdim," - deyə Rubio bildirib.
Qeyd edək ki, Lavrov və Rubio ASEAN ölkələrinin xarici işlər nazirlərinin sammiti çərçivəsində dördbucaqlı görüş keçiriblər. ABŞ və Rusiya rəsmiləri arasında belə görüşlər diplomatik əlaqələrin saxlanması baxımından önəm daşıyır.