İran səfiri: “Elmi elita nüvə proqramını qanuni haqqımız kimi müdafiə edəcək” – ÖZƏL
11 İyul 11:23 DünyaOlaylar.az xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazım Cəlali TASS-a müsahibəsində bildirib ki, ölkənin elmi və intellektual elitası İranın nüvə proqramını qanuni və danılmaz hüquq kimi müdafiə etməkdə davam edəcək.
ABŞ və İsrailin hücumlarından sonra İranın yaxın gələcəkdə zənginləşdirilmiş uran istehsalını bərpa edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran səfir deyib:
"Bu təcavüz İranın arzulanan gələcəyini qurmaq əzmini daha da gücləndirib və bu yolda bizim elmi və intellektual elitamız nüvə proqramını müdafiə etməyə davam edəcək".
Cəlali əlavə edib ki, İranın nüvə imkanları daxili potensiala əsaslandığından infrastrukturun bombalanması təsirsizdir:
"Nüvə biliklərini bombalarla və raketlərlə məhv etmək mümkün deyil. Bizim yeganə tələbimiz beynəlxalq hüquqa hörmətdir".