ABŞ-ın Ukraynaya verəcəyi silahların pulunu onlar ödəyəcək – Mühüm razılaşma
11 İyul 10:43 DünyaYeni razılaşmaya əsasən ABŞ-ın Ukraynaya verdiyi silahların dəyərini NATO müttəfiqləri ödəyəcək.
Olaylar.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NBC News telekanalına müsahibəsində deyib: "Biz NATO-ya silah göndəririk və NATO bu silahların pulunu 100 faiz ödəyir. Sonra NATO bu silahları Ukraynaya verəcək".
Onun sözlərinə görə, Amerika silahlarının Ukraynaya tədarükü ilə bağlı belə prosedura dair razılaşmalar Şimali Atlantika Alyansının iyun ayında keçirilən sammitində əldə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31