Tramp Kanadaya 35%, digər ölkələrə isə 15-20% gömrük rüsumları ilə təhdid edir- ÖZƏL
11 İyul 2025 10:22 DünyaABŞ prezidenti Donald Tramp Kanadadan idxal olunan məhsullara 1 avqustdan etibarən 35%-lik gömrük rüsumu tətbiq edəcəyi ilə hədələyib. Olaylar.az xəbər verir ki, bu barədə o, Kanadanın Baş naziri Mark Karniyə ünvanladığı məktubda bildirib. Sözügedən məktub Trampın "Truth Social" platformasında dərc olunub.
Məlumata görə, bəzi Kanada məhsullarına artıq 25%-lik rüsum tətbiq olunur. Baş nazir Karni isə "X" sosial platformasında yayımladığı cavab məktubunda hökumətinin Kanada işçilərini və sahibkarlarını qorumağa davam edəcəyini və 1 avqust tarixinədək bütün lazımi tədbirləri görəcəklərini bəyan edib.
BBC-nin yaydığı məlumata əsasən, Ağ Evin aparat rəhbəri ABŞ-nin əksər ticarət tərəfdaşları üçün 15-20%-lik ümumi tariflərin tətbiqini planlaşdırdıqlarını açıqlayıb.
Xatırladaq ki, daha əvvəl Tramp ABŞ-ə mis idxalına 50%-lik gömrük rüsumu tətbiq etmişdi.