Tramp Zeleskiyə oyun qururmuş – Almaniya ifşa etdi
10 İyul 10:54 Dünya"ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımdan ölkə prezidenti Volodimir Zelenskiyə təzyiq vasitəsi kimi istifadə edəcək. O, həmkarını Rusiya ilə danışıqlara məcbur etmək niyyətindədir".
Olaylar.az xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalı yazıb.
"ABŞ-ın Ukraynaya silah tədarükünün dayandırılması qəsdən təşkil edilmişdi. Təchizatın azaldılması ilə bağlı xəbərlərə baxmayaraq, Tramp Kiyevə hərbi yardımı artıracağını vəd edib. Bu da onun planının bir hissəsidir", - deyə nəşr bildirib.
Qeyd edək ki, iyulun 1-də ABŞ Ukraynaya Patriot sistemləri, zenit-raket kompleksləri, dəqiq idarə olunan hərbi sursatlar və 155 mm-lik artilleriya mərmilərinin çatdırılmasını dayandırıb. Ardınca D.Trampın V.Zelenskiyə silah tədarükü vədi verdiyi ortaya çıxıb.