İranda siyasi çevrələr dəyişiklik tələb edir – Pezeşkiyana 180 nəfərdən açıq məktub

İranda tanınmış siyasi xadimlər və ictimaiyyət nümayəndələri ölkədəki hazırkı böhrandan çıxmaq üçün dəyişikliklərə çağırırlar. 

Olaylar.az xəbər verir ki, "Deutsche Welle" yazır ki, 180 nəfər prezident seçkilərində qalib gəlmiş Məsud Pezeşkiyana açıq müraciət ünvanlayıb.

Məktubda ölkənin idarəetmə sisteminə kökündən yenidən baxılması tələb olunur. Müəlliflər hesab edirlər ki, İranla İsrail arasında artan gərginlik və mümkün müharibə, rejimin səmərəsizliyinə, səhv xarici siyasətə, daxili ayrı-seçkiliyə və ədalətsizliyə son qoymaq üçün tarixi dönüş nöqtəsi ola bilər.

İslahat tələb edənlər yeni prezidentdən həm daxili, həm də xarici siyasətdə ciddi dəyişikliklər gözlədiklərini bildiriblər. Pezeşkiyanın bu müraciətə necə reaksiya verəcəyi hələlik bəlli deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31