Zaxarova rusiyalıların Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirib

Rusiyalıların Ermənistana girişinin qadağan edilməsini Rusiya qeyri-dostyana addım kimi qiymətləndirir.

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirib.

"Biz Rusiya vətəndaşlarının girişinə qadağanı qeyri-dostyana addım kimi qiymətləndiririk", - deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, belə bir addım Moskva-İrəvan münasibətlərinin xarakterinə ziddir.

Zaxarova bildirib ki, Ermənistanın "qara siyahısı" mövzusunu "yetərincə tez-tez" şərh etmək məcburiyyətində qalırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31