SEPAH əməliyyat keçirdi: ölənlər var
9 İyul 2025 13:14 DünyaSEPAH Sistan və Bəlucistan əyalətinin Çabahar bölgəsində yenidən əməliyyat keçirib.
Olaylar.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı 6 nəfər öldürülüb və həbs edilib.
SEPAH öldürülən və saxlanılanların kimliyi barədə açıqlama vermədən onların terrorçu qruplara bağlı olduqlarını iddia edib.
Silahlıların sığınacaqlarında ağır və yüngül silahların götürüldüyü bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31