Rusiya: “Kiyevə silah verənlər uşaqların qətlinə şərik olurlar” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Kiyevə silah verən dövlətlər bu silahların uşaqların ölümünə səbəb olduğunu bilməlidirlər. O, bu fikirləri Kursk şəhərindəki çimərliyə edilən hücumu şərh edərkən "Silah tədarükçüləri bilməlidir ki, bu silahlar uşaqların öldürülməsinə yönəldilir" - deyə Telegram kanalında yazıb.

Kursk vilayətinin qubernator əvəzi Aleksandr Xinşteynin verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində çimərlikdə 3 nəfər həlak olub, yaralananların sayı 6-ya çatıb, onlardan biri uşaqdır.

Rusiya hakimiyyəti hesab edir ki, Ukraynaya silah tədarükü münaqişənin sülh yolu ilə nizamlanmasına mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir və bu, "odla oynamaq"dır. Xarici işlər naziri Sergey Lavrov da bildirmişdi ki, Ukraynaya silah daşıyan bütün yüklər Rusiya üçün legitim hədəf sayılır. Kremlin bəyanatında isə vurğulanır ki, Qərbin Ukraynanı silahlandırması danışıqlar prosesinə töhfə vermir və mənfi nəticələrə yol açacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31