Polşa Ukrayna ilə sərhəddə elektron müşahidə sistemi qurur- ÖZƏL

Polşa Ukrayna ilə sərhəddə 180 kilometr uzunluğunda ərazidə elektron müşahidə sistemini işə salmağı planlaşdırır. Olaylar.az xəbər verir ki,  bu barədə "Radio Zet" məlumat yayıb.
Məlumata görə, sistem Podkarpat və Lyublin  ərazisindəki sərhəd boyu qurulacaq. Burada videokameralar və hərəkət sensorları ilə təchiz olunmuş beton dirəklər, həmçinin müşahidə qüllələri yerləşdiriləcək.
Sözügedən sərhəd hissəsində Belarusla sərhəddə 2022-ci ildə inşa olunan divara bənzər fiziki səddin tikintisi nəzərdə tutulmur.
Qeyd olunur ki, artıq layihəni həyata keçirəcək podratçı müəyyən olunub və tikinti işlərinə 2025-ci ildə başlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31