Ermənistanın İstintaq Komitəsi: “Eçmiədzinə reyd planlaşdırılmır” – ÖZƏL
9 İyul 2025 12:00 DünyaErmənistanın İstintaq Komitəsi Eçmiədzində hər hansı istintaq tədbirinin planlaşdırılmadığını açıqlayıb.
Olaylar.az xəbər verir ki, Sputnik Ermənistanın bu mövzu ilə bağlı sorğusunu cavablandıran qurum qısaca olaraq "Belə bir şey yoxdur" deyə bildirib.
Qeyd edək ki, daha əvvəl Baş nazir Nikol Paşinyan Müqəddəs Eçmiədzinin "anti-xristian, pozğun, anti-milli və anti-dövlətçi qrup" tərəfindən ələ keçirildiyini iddia edərək, onun "azad olunmasına" şəxsən rəhbərlik edəcəyini bəyan etmişdi. Bunun fonunda sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarının Müqəddəs Eçmiədzinə reyd keçirmək niyyətində olduğu barədə məlumatlar yayılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31