Ermənistan poliqonunda partlayış-Yaralılar var

Ermənistan Respublikası Müdafiə Nazirliyinin sınaq poliqonlarından birində baş vermiş partlayış nəticəsində yaralananların həyatı üçün təhlükə yoxdur.

Olaylar.az bildirir ki, bu barədə erməni mediasına Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Zərərçəkənlər xəstəxananın tibb işçilərinin nəzarəti altındadır və onlara lazımi tibbi yardım göstərilir.

Məlumatda deyilir ki, Ermənistan Respublikasının Müdafiə Nazirliyi məlumat vermişdi ki, iyulun 8-də saat 16:00 radələrində Müdafiə Nazirliyinin poliqonlarından birində təlimlər zamanı ilkin məlumatlara görə, minaatanlardan atəş açılan zaman partlayış baş verib, nəticədə bir neçə nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31