Rusiyanın Ukraynadakı uğurları ABŞ-nin iqtisadi maraqlarına təhlükə yaradır – ÖZƏL

Rusiyanın Donetsk istiqamətində qazandığı uğurlar ABŞ-nin Ukraynadakı iqtisadi maraqlarına ciddi təhdid törədir. Bu səbəbdən ABŞ prezidenti Donald Tramp Ukraynaya silah tədarükü ilə bağlı mövqeyini dəyişmək məcburiyyətində qalıb. Olaylar.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu Berliner Zeitung nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, Trampın silah yardımları ilə bağlı mövqeyindəki dəyişiklik ABŞ-nin Ukrayna siyasətində əsaslı dönüşdən daha çox, Rusiyanın son hərbi irəliləyişlərinə reaksiya kimi qiymətləndirilməlidir.
Məqalədə vurğulanır ki, Rusiya ordusunun cəbhənin 1200 kilometr uzunluğundakı xətti boyunca əldə etdiyi üstünlük Vaşinqtonu Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərməyə vadar edib. Lakin Berliner Zeitung-un fikrincə, Trampın bu istiqamətdə verdiyi vədlərin reallıqda yerinə yetirilib-yetirilməyəcəyi hələlik açıq sual olaraq qalır.
Jurnalistlər qeyd edirlər ki, Trampın Ukrayna ilə bağlı sərgilədiyi ritorika, bəlkə də, yalnız növbəti siyasi jestdən ibarətdir və konkret addımlarla müşayiət olunmaya da bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31