ABŞ Rusiya, Çin və Hindistana qarşı yeni sanksiyalara hazırlaşır – ÖZƏL
9 İyul 2025 10:38 DünyaOlaylar.az xəbər verir ki, ABŞ senatoru Lindsi Qrem bildirib ki, Senat yaxın günlərdə Rusiya və onun enerji resurslarını alan əsas tərəfdaşları - Çin və Hindistana qarşı sərt sanksiyalar paketini müzakirəyə çıxaracaq.
Qremin sözlərinə görə, yeni qanun layihəsində Rusiya nefti, qazı və uranını alan ölkələrə qarşı 500%-lik idxal tarifləri nəzərdə tutulur. Layihə ABŞ prezidentinə sanksiyaları müəyyən hallarda dayandırmaq hüququ da verir. "Putin və onun müharibəsini dəstəkləyənlər üçün artıq oyunun qaydalarını dəyişmək vaxtıdır", - deyə senator vurğulayıb.
Qanun layihəsini 80-dən çox senator dəstəkləyir. Donald Tramp da təşəbbüsə müsbət yanaşdığını bildirib və müharibənin dayandırılmasının vacibliyini qeyd edib.
Senat nümayəndələrinin açıqlamasına görə, qanun layihəsinə prezident tərəfindən rəsmi dəstək verildikdən sonra səsvermə keçirilə bilər.