Rusiyaya görə hərəkətə keçdilər: təyyarələr havaya qalxdı
9 İyul 10:09 DünyaPolşa Rusiyaya görə yenidən hava qüvvələrini artırıb.
Olaylar.az xəbər verir ki, Varşava Moskvanın Ukraynanın qərbində hərbi fəaliyyətini şübhəli hesab edir.
Bununla bağlı artıq Rusiya KİV-lərində məlumatlar paylaşılıb:
"Hərbçilərin məlumatına görə, səmada NATO müttəfiqlərinin təyyarələri də görünüb. "Vəziyyət tam nəzarət altındadır və cəlb olunan qüvvələr lazım gələrsə, operativ reaksiya verməyə hazırdır", - deyə ölkənin əməliyyat komandanlığı X sosial şəbəkəsində yazıb".
Xatırladaq ki, sonuncu dəfə Polşa və müttəfiqlərin təyyarələri iyunun sonlarında havaya qaldırılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31