Ermənistanda hərbi hissədə partlayış: yaralılar var

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində partlayış qeydə alınıb.

Olaylar erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə iyulun 8-də hərbi hissələrdən birinin poliqonunda məşğələlər zamanı baş verib. Hərbçilər minaatan mərmisinin partlaması nəticəsində yaralanıblar.

Faktla bağlı tədqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31