Almaniya Çinin yüksəkenerjili lazer qurğusundan hiddətlənib

Bundeverə məxsus təyyarə Avropa İttifaqının Qırmızı dəniz bölgəsində keçirdiyi əməliyyat zamanı Çin istehsalı olan yüksək enerjili lazer qurğusunun zərbəsinə tuş gəlib.

Olaylar xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya XİN "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bu hadisə ilə bağlı Çinin Almaniyadakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Almaniya personalına qarşı təhdid və əməliyyatı pozmaq (cəhdi) tamamilə yolverilməzdir", - deyə bəyanatda bildirilib.

KİV-lər yazır ki, insident iyul ayının əvvəlində baş verib. Almaniya təyyarəsi dəniz üzərində müşahidə uçuşu həyata keçirdiyi vaxt əvvəlcədən heç bir təmas olmadan lazer qurğusundan atəşə tutulub.

Hadisə ilə əlaqədar Çin səfiri Den Xunbo Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Lazer hücumunun təyyarəyə hansı dərəcədə ziyan vurduğu hələlik məlum deyil. Hazırkı böhranlı vəziyyətlə əlaqədar bölgədə hava nəqliyyatı məhdudlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31