Tramp administrasiyasında iyulun 8-də Kiyevə silah tədarükü müzakirə olunacaq- ÖZƏL

CNN-in məlumatına görə, Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün raket-ələkeçiricilərin verilməsi məsələsi müzakirə olunacaq

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələlərinə cavabdeh olan köməkçiləri çərşənbə axşamı (9 iyul) Kiyev hökumətinə Amerika silahlarının tədarükü ilə bağlı bəzi məsələləri müzakirə edəcəklər. Bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.

Telekanalın məlumatına əsasən, müzakirə olunacaq məsələlərdən biri də Patriot hava hücumundan müdafiə sistemləri üçün raket-ələkeçiricilərin Ukraynaya verilməsidir.

2024-cü il iyulun 2-də The New York Times qəzeti yazmışdı ki, ABŞ Patriot raketlərinin, GMLRS yüksək dəqiqlikli sursatların, Hellfire idarə olunan raketlərinin, Stinger daşınan raket sistemlərinin və digər bir sıra silahların Ukraynaya tədarükünü dayandıracaq. Bundan sonra Ukraynanın Xarici İşlər Nazirliyi ABŞ-ın Kiyevdəki müvəqqəti işlər vəkili Con Ginkeli nazirliyə çağırmışdı. Ukrayna prezidenti Volodimir Zelenski isə qeyd etmişdi ki,Avropa Amerikanın tədarükünü əvəzləmək gücündə deyil. 

Eyni zamanda, prezident Donald Tramp 3 iyulda bəyan etmişdi ki, Vaşinqton Kiyevə hərbi yardım göstərməyə davam edir, lakin Birləşmiş Ştatların özünün də silaha ehtiyacı olduğunu nəzərə alır.

7 iyulda Tramp bildirib ki, ABŞ Ukraynaya "bir qədər də silah" göndərəcək. Onun sözlərinə görə, əsasən müdafiə xarakterli silahlardan söhbət gedir.

Politico qəzetinin yazdığına görə, ABŞ və Ukrayna nümayəndələrinin Roma və Kiyevdə keçirdiyi görüşlərdən sonra bəzi silah tədarükləri bu və gələn həftə bərpa edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31