Britaniya Yeparxiyası: Paşinyanın Ermənistandakı hərəkətləri dini etiqad azadlığını təhdid edir- ÖZƏL

Böyük Britaniya və İrlandiyadakı Erməni Kilsəsinin Yeparxiyası bildirib ki, Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə qarşı hərəkətləri dərin narahatlıq doğurur və dini azadlıqları təhdid edir.

Olaylar xəbər verir ki, "Eçmiədzinə və bütün ermənilərin katolikosu II Həzrətlərinə qarşı son hərəkətlər dərin narahatlıq doğurur. Kilsə rəhbərliyinin nüfuzuna zərbə vurmaq cəhdi bütün erməni kilsəsinə hücumdur və dini etiqad azadlığını təhdid edir"-deyə yeparxiyadan bildirilib.

Ermənistanın "Ayakve" müxalifət hərəkatı artıq Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət edərək baş nazir Nikol Paşinyana qarşı erməni apostol kilsəsinə hücumlara görə cinayət işinin açılmasını tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31