Putin yeni nəqliyyat naziri təyin etdi

Rusiya prezidenti Vladimir Putin Andrey Nikitinin nəqliyyat naziri edilməsi haqqında sərəncam imzalayıb.

Olaylar xəbər verir ki, bu barədə rus KİV-ləri məlumat yayıb.

Sənəddə qeyd olunur ki, Andrey Sergeyeviç Nikitin Rusiya Federasiyasının nəqliyyat naziri təyin edilsin.

Qeyd edək ki, iyulun 7-də Putin Nikitinlə görüşüb və onu karyerasında daha bir addım atmağı və nazir səlahiyyətlərini icra etməyi təklif edib. Daha sonra namizədlik Dövlət Duması tərəfindən nəzərdən keçirilib və təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31