Özünü öldürən rus nazirin ŞOK SƏRVƏTİ ÜZƏ ÇIXDI
16:16 DünyaXəbər verdiyimiz kimi, Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin sabiq qubernatoru Roman Starovoyt ölü tapılıb. Verilən məlumata görə, o, Moskvaya yaxın Odintsovo şəhərində odlu silahla özünə qəsd edib.
Olaylar.az xəbər verir ki, Starovoytun ölümündən sonra ailəsinin malik olduğu əmlak siyahısı da gündəmə gəlib.
Hesablamalara əsasən, ailənin ümumi sərvəti təxminən 1 milyard rubl - yəni 21,6 milyon manata yaxındır. Onlara Moskva, Sankt-Peterburq və Kursk şəhərlərində bir neçə mənzil, həmçinin paytaxtın Myaçkino ərazisində yerləşən üçmərtəbəli villa və torpaq sahəsi məxsusdur.
Qeyd edək ki, Starovoyt iyulun 7-də Prezident Vladimir Putinin sərəncamı ilə vəzifəsindən azad olunmuşdu. Onun adı daha əvvəl Kursk vilayətindəki sərhəd müdafiə tikinti layihəsində baş verən korrupsiya işi ilə hallanırdı. Bir sıra analitiklər Starovoytun intiharını məhz bu qalmaqalla əlaqələndirir. (Musavat.com)