Aİ Ukraynanın 2026 büdcə kəsiri ilə bağlı təcili yollar axtarır – ÖZƏL
14:08 DünyaAvropa İttifaqı (Aİ) 2026-cı ildə Ukraynada yarana biləcək 19 milyard dollarlıq büdcə kəsirinin qarşısını almaq üçün təcili tədbirlər hazırlayır.
Olaylar.az xəbər verir ki, Financial Times qəzetinin Avropa Komissiyasındakı mənbələrə istinadən verdiyi məlumata görə, bu kəsir ABŞ yardımının azalması və Rusiya ilə atəşkəs perspektivlərinin olmaması fonunda yaranır.
Aİ bu məqsədlə bir neçə variantı müzakirə edir:
G7-nin 50 milyard dollarlıq yardım proqramından kreditlərin vaxtından əvvəl ayrılması; Hərbi yardımın "büdcədənkənar qrantlar" formatına keçirilməsi; Dondurulmuş Rusiya dövlət aktivlərindən əldə edilən gəlirlərin istifadəsi.
Maliyyə nazirləri bu və digər variantları müzakirə edir. G7 ölkələrinə təqdim olunan sənəddə Avropa ölkələrinin Ukrayna ordusunu birgə maliyyələşdirməklə qitənin təhlükəsizliyinə xidmət edə biləcəyi bildirilir.
Eyni zamanda, Brüssel daha riskli investisiya yolları ilə rus aktivlərindən daha çox gəlir əldə etmək, lakin bu riskləri birlikdə paylaşmaq imkanlarını araşdırır. Hətta vəsaitlərin bir hissəsi vaxtından əvvəl ayrılsa belə, 2026-cı ildə Ukraynanı azı 8 milyard dollarlıq kəsir gözləyir, atəşkəs əldə olunmasa bu məbləğ 19 milyarda çata bilər.