İranyönlü hakerlər Londonda yerləşən müxalifət telekanalını sındırıblar- ÖZƏL

Handala qrupunun hakerləri İranda hakimiyyət dəyişikliyinə dəstək verən Londondan yayımlanan İran Beynəlxalq telekanalını sındırıblar. Olaylar.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb .

Onun sözlərinə görə, kiberhücum bütün şəbəkəni, o cümlədən serverləri və rabitə sistemlərini sıradan çıxarıb və hakerlər bütün daxili məlumatları çıxara biliblər. Buraya Iran International işçilərinin daxili yazışmaları, onların şəxsi məlumatları, maliyyə sənədləri və xarici şirkətlərlə əlaqələri göstərən materiallar daxildir.

Bildirilir ki, yaxın vaxtlarda daxil olan məlumatların dərcinə başlanılacaq. Qrup söz verib ki, "ilk sürpriz artıq yoldadır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31