Malaziya Baş naziri: "Oktyabrda keçiriləcək ASEAN Sammiti tarixdə ən irimiqyaslı olacaq"- ÖZƏL
11:47 DünyaMalaziyanın Baş naziri Anvar İbrahim bəyan edib ki, bu ilin oktyabr ayında keçiriləcək 47-ci ASEAN Sammiti Assosiasiyanın tarixində ən irimiqyaslı tədbir olacaq. Olaylar.az xəbər verir ki, o, sammitə yalnız ASEAN üzv dövlətləri və onların daimi tərəfdaşları - Yaponiya, Cənubi Koreya və Çin deyil, həmçinin digər ölkələrin liderlərinin də qatılacağını bildirib.
Baş nazirin sözlərinə görə, 26-28 oktyabr tarixlərində Kuala-Lumpurda baş tutacaq sammitdə beynəlxalq iştirakçılıq xüsusilə geniş olacaq. Artıq İtaliyanın Baş naziri Corca Meloni, Braziliya Prezidenti Luis İnasio Lula da Silva, Kanadanın Baş naziri Mark Karni və Cənubi Afrika Prezidenti Siril Ramafosa tədbirdə iştiraklarını təsdiqləyiblər. Anvar İbrahim bu beynəlxalq iştirakçılığı "genişmiqyaslı təşəbbüs" kimi dəyərləndirib.
Qeyd edək ki, ASEAN - Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası 1967-ci ildə yaradılıb və hazırda Brunei, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malaziya, Myanma, Sinqapur, Tailand və Filippin olmaqla 10 üzv dövləti birləşdirir. 2025-ci il üçün ASEAN-ın sədrliyi rotasiya prinsipi əsasında bir illik müddətə Malaziyaya keçib.