Ermənistan parlamentində dava düşdü: deputatın toxunulmazlığı aradan qaldırılır- ÖZƏL

Ermənistan parlamentində təhlükəsizlik xidməti əməkdaşlarının, deputatların və onların köməkçilərinin iştirakı ilə dava baş verib. Gərginlik səbəbilə parlamentin vitse-spikeri Ruben Rubinyan iclasda fasilə elan edib.
Olaylar.az xəbər verir ki,  müxalif "Hayastan" fraksiyasının deputatı Kristine Vardanyan canlı yayım zamanı bildirib ki, hadisə deputat Artur Sarkisyanın çıxışından sonra zalı tərk etmək istədiyi vaxt baş verib. Onun sözlərinə görə, "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Vağe Qalumyan Sarkisyanın arxasınca qaçaraq ona hücum edib.
"Artur Sarkisyan çıxış etdikdən sonra iclas zalını tərk edərək ailəsi ilə bir neçə saat keçirmək istəyirdi. Çünki bu gün onun deputat toxunulmazlığı ləğv olunacaq. Lakin Vağe Qalumyan onun arxasınca qaçıb və arxadan hücum edib", - deyə Vardanyan qeyd edib. O, həmçinin əlavə edib ki, hücumda hakim partiyanın digər deputatlarının köməkçiləri də iştirak edib.
Hazırda parlamentdəki insidentlə bağlı araşdırma aparıldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31