Türkiyə üçün tarixi hadisə: Üç gün sonra…
10:21 DünyaPKK-nın ilk döyüşçü qrupu iyulun 11-i Şimali İraqda tərksilah prosesinə başlayacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.
"PKK-nın tərksilah edilməsi ilə bağlı məsələlər iyulun 8-də Bağdadda Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla İraqın mərkəzi orqanlarının nümayəndələri arasında müzakirəolunacaq. Türkiyə kəşfiyyatının rəhbəri İraqdan qayıtdıqdan sonra parlament sədri Numan Kurtulmuşa səfərinin nəticələrini təqdim edəcək. Bu, PKK-nın tərksilahı ilə bağlı parlament komissiyasının yaradılmasına qədər ilkin mərhələ olacaq", - deyə bildirilib.
Məlumata görə, bundan öncə təşkilatın lideri Abdullah Öcalanın PKK-ya müraciəti olacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31