Makronun Britaniyaya səfəri: Gündəmdə miqrasiya və Ukrayna var – ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Birləşmiş Krallığa üçgünlük dövlət səfərinə başlayıb. Bu, Brexit-dən sonra Aİ lideri səviyyəsində ilk belə səfərdir. Səfər çərçivəsində Makron və yeni Britaniya Baş naziri Kir Starmer La-Manş boğazı ilə qanunsuz miqrasiyanın qarşısının alınması və Ukrayna üçün müharibədən sonrakı təhlükəsizlik qüvvələrinin yaradılması məsələlərini müzakirə edirlər.

İlin əvvəlindən 20 mindən çox miqrantın La-Manşı keçməsi məsələnin aktuallığını göstərir. Starmer bildirib ki, qanunsuz miqrasiya ilə mübarizədə Fransa ilə yanaşı Afrika və Yaxın Şərq ölkələri ilə də əməkdaşlıq gücləndiriləcək.

Tərəflər həmçinin atəşkəsdən sonra Ukraynada mümkün beynəlxalq sülhməramlı missiyanın yaradılmasını müzakirə edirlər. ABŞ Prezidenti Donald Tramp bu təşəbbüsə dəstək verməyə tələsmir, lakin London və Paris planı irəli aparmaqda qərarlıdır.

Səfər kral protokoluna uyğun keçirilir - Makron və xanımı Vindzor qəsrinə at arabasında yollanıb, axşam isə kral Çarlz III tərəfindən rəsmi ziyafət təşkil olunacaq. Bu səfər Britaniya ilə Aİ arasında münasibətlərin yenidən qurulmasında mühüm addım sayılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31