Qəzza zolağında ölənlərin sayı açıqlanıb
10:02 Dünyaİsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində azı 100 fələstinli həlak olub.
Olaylar.az-ın məlumatına görə, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi xəbər verib.
Məlumata əsasən, İsrail ordusunun bölgəyə endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində Qəzza zolağının xəstəxanalarında 105 nəfər ölüb, 356 nəfər yaralanıb.
Həmçinin qeyd olunub ki, son 24 saat ərzində humanitar yardım paylama məntəqələrində növbəyə duran fələstinlilərə İsrail hərbçilərinin hücumları zamanı azı 7 nəfər ölüb, 74-dən çox insan yaralanıb.
Nazirlik bildirib ki, 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada ölənlərin ümumi sayı 57 523 nəfərə çatıb, 136 617 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31