Hollandiya Polşaya F-35 qırıcıları göndərəcək- ÖZƏL

Hollandiya NATO-nun Polşadakı Ukraynaya Təhlükəsizliyə Yardım və Təlim Missiyasına (NSATU) F-35 qırıcıları göndərəcək.

Olaylar xəbər verir ki,bu barədə Hollandiya Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Krallığın müdafiə naziri Ruben Brekelmans "NATO ərazisinin müdafiəsinə və Avropanın təhlükəsizliyinə töhfə verməmiz həyati əhəmiyyət kəsb edir" deyib. 

Daha əvvəl bildirilmişdi ki, Norveç hakimiyyəti Polşaya F-35 çoxməqsədli qırıcıları göndərəcək , onların vəzifələrinə respublikanın hava məkanının mühafizəsini təmin etmək daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31