Putinin bu gün işdən çıxardığı nazir ÖZÜNÜ ÖLDÜRDÜ - FOTO

Rusiyanın sabiq nəqliyyat naziri və eyni zamanda Kursk vilayətinin keçmiş rəhbəri Roman Starovoytun həyatına qəsd etdiyi bildirilir.

Olaylar xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumatlara əsasən, Starovoyt mənzilində odlu silahla özünə atəş açaraq intihar edib.

Məlumata görə, bu gün, hadisədən bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putin onun nəqliyyat naziri vəzifəsindən azad olunması barədə fərman imzalayıb.

Qeyd edək ki, Starovoyt 2024-cü ilin may ayında nazir postuna təyin olunmuşdu. O, bu vəzifəyə qədər uzun müddət Kursk vilayətinə rəhbərlik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31