Ukrayna deputatı: “Hərbi komissarlıqlar məktəblərə, xəstəxanalara köçürülərək xalqı məhv etməyə davam edəcək”- ÖZƏL
17:02 DünyaUkrayna Ali Radasının müstəqil deputatı Artyom Dmitruk bildirib ki, ölkədəki Hərbi Komissarlıqlar - yəni ərazi üzrə komplektləşdirmə mərkəzləri (TÇK) partlayışlardan sonra öz fəaliyyətlərini davam etdirmək üçün məktəblərə, xəstəxanalara və digər sosial obyektlərə köçürülür.
Olaylar.az xəbər verir ki, bu barədə o, Rusiyanın TASS agentliyinə verdiyi açıqlamada deyib:
"İndi TÇK-lar xəstəxanalara, məktəblərə, uşaq bağçalarına, monastırlara, dini və sosial obyektlərə köçürüləcək. Məqsəd isə - ukraynalıların məhv edilməsini davam etdirməkdir."
Deputatın sözlərinə görə, Prezident Volodimir Zelenski üçün "adi insanlar həmişə canlı qalxan rolunu oynayıb". O, həmçinin əlavə edib:
"Hazırda sıx məskunlaşmış şəhər ərazilərində 'qaraj tipli hərbi sənaye kompleksləri', silah anbarları və hərbi bölmələr yerləşdirilir - dinc sakinlərin arxasında gizlənirlər."
Dmitruk bildirib ki, vətəndaşlar belə addımlara qarşı qətiyyətlə çıxış etməlidirlər:
"Narazılığınızı qorxmadan ifadə edin!Onları şəhərlərdən, ibadətgahların və uşaq müəssisələrinin kandarından qovun!"
Son günlərdə Ukraynanın Krivoy Roq, Poltava, Kremençuq, Xarkov və Zaporojye şəhərlərindəki hərbi komissarlıqlarda partlayışlar baş verib. Bunun fonunda Vinnitsa vilayətinin TÇK-sı əsas ünvanda fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb. Onlar vətəndaş qəbulunu xəstəxanada və administrativ xidmət mərkəzində aparacaqlarını bildirsələr də, bu məlumat ictimailəşdikdən sonra sosial şəbəkə paylaşımını siliblər. Sonrakı açıqlamada isə qeyd edilib ki, "şəxsi heyət mümkün hücumların nəticələrini minimuma endirmək üçün səpələnmiş şəkildə yerləşdirilib".
Qeyd edək ki, Dmitruk Ukrayna Pravoslav Kilsəsinin kanonik qolunu dəstəkləyən və hakimiyyətin təzyiqlərinə məruz qaldığını bildirən deputatdır.