Pezeşkian: İran ABŞ ilə danışıqlara hazırdır
17:03 DünyaTehran ABŞ ilə danışıqları bərpa etməyə hazırdır, lakin bu məsələdə əsas problem etimad çatışmazlığıdır.
Olaylar.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.
Pezeşkian deyib: "Biz danışıqların bərpasında problem görmürük".
Eyni zamanda o əlavə edib ki, bu proseslə bağlı müəyyən şərtlər var: " ABŞ-yə necə yenidən etibar edə bilərik? Əgər danışıqlara qayıtsaq, İsrailin bizi bir daha vurmasına icazə verilməyəcəyinə necə əmin ola bilərik?" - o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31