Rusiyada yaşayanların nəzərinə: qaydalar dəyişir
16:44 DünyaRusiya hökuməti miqrantlar üçün yeni rüsumların tətbiqini təklif edib.
Olaylar.az xəbər verir ki, Dövlət Dumasının aşağı palatasının saytında yazılıb.
Bildirilib ki, layihədə 2025-ci ilin sentyabrından sonrakı müddət nəzərdə tutulur.
"Beləliklə, nəqliyyat vasitəsi pasportunun alınması üçün rüsumun 800 rubldan 1200 rubla qədər artırılması, qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsumun üç dəfə artırılması təklifedilir. Plastik bazada yeni üslublu bir sənəd 4500 rubla başa gələcək.
Miqrantlar qaldığı yerdə qeydiyyatdan keçmək üçün 500 rubl, ölkədə müvəqqəti qalma müddətini uzatmaq üçün isə 1000 rubl ödəməli olacaq. Onlar üçün patentin qeydiyyatı ona 4200 rubla başa gələcək", - deyə qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31