ABŞ vizası üçün sosial şəbəkə hesablarınızı açıqlamaq məcburi olacaq – Moldovada yeni qayda- ÖZƏL

ABŞ-nin Moldovadakı səfirliyi viza almaq istəyən şəxslərdən son beş il ərzində istifadə etdikləri bütün sosial şəbəkə istifadəçi adlarını (nickname-lərini) açıqlamağı tələb edəcək. Olaylar.az xəbər verir ki,  bu barədə məlumat səfirliyin Facebook səhifəsində  paylaşılıb.
Məlumatda deyilir:
"Viza müraciəti edən şəxslər son beş ildə istifadə etdikləri bütün sosial şəbəkə istifadəçi adlarını göstərməlidirlər. Bu məlumatın təqdim olunmaması vizanın verilməsindən imtina edilməsinə və gələcəkdə viza almağa uyğun olmamağa səbəb ola bilər."
Səfirlik ötən həftə həmçinin tələbə vizaları və təhsil proqramlarına müraciət edənlərə öz sosial şəbəkə profillərini açıq rejimə keçirməyi tövsiyə edib. Qurumun açıqlamasına görə, bu addım yoxlama proseslərini asanlaşdırmaq məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31