Rusiyadan dəhşətli xəbərlər gəlir: Bu sektordakı azərbaycanlılar...

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına iş çatında mesaj göndərilərək saat 12:00-a qədər şəxsi heyət arasında azərbaycanlıların olub-olmaması barədə hesabat vermək tələb edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya sosial şəbəkələrində məlumat yayılıb.

Həmçinin qeyd olunub ki, müvafiq cədvəl doldurulmalı və saat 14:00-a qədər təqdim edilməlidir.

Rusiyadan başqa narahatedici siqnallar da yayılıb. Belə ki, Moskvadakı tikinti şirkətlərində Azərbaycan vətəndaşı olan işçilərin yataqxanalardan çıxarılmasına başlanılıb.

Bütün bu addımlar Rusiyada azərbaycanlılara qarşı qeyri-rəsmi təzyiq kampaniyasının başladığını göstərir. (Bakupost.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31