Türkiyə ordusunda faciə: şəhidlərin sayı artdı

İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid olan Türkiyə hərbçilərinin sayı 12-yə yüksəlib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə milli müdafiə naziri Yaşar Gülər yoxlamalar aparmaq və şəhidlərin vida mərasimlərində iştirak etmək üçün nümayəndə heyəti ilə birgə bölgəyə gedib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31