Sərhəddə əməliyyat: İki ölkə hazırlığa başladı – 5 min hərbçi
12:18 Dünya"Polşa ordusu Almaniya ilə sərhəddə "Təhlükəsiz Qərb" adlı xüsusi əməliyyat keçirir".
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Vladislav Kosiniak-Kamış məlumat verib.
"Biz, həmçinin Litva ilə sərhəddə fəaliyyətimizi genişləndiririk. Bu əməliyyatda ümumilikdə 5000-ə yaxın Polşa hərbçisi iştirak edir", - deyə o bildirib.
Varşava bu gün Almaniya və Litva ilə müvəqqəti sərhəd nəzarəti tətbiq edib.
Qeyd edək ki, sözügedən fəaliyyətin Rusiyatəhlükəsinə qarşı tədbir olduğu iddia olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31