ABŞ-nin İrana zərbələri strateji məqsədlərə çatmadı- ÖZƏL

ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri Vaşinqtonun strateji hədəflərinə çatmasına gətirib çıxarmayıb. Olaylar.az xəbər verir ki,  bu barədə Rusiya Təhlükəsizlik Şurası yanında Elmi-ekspert Şurasının üzvü Andrey Suşentsov TASS-a açıqlamasında bildirib.
"ABŞ, görünür, öz strateji məqsədlərinə çatmayıb. İnformasiya gündəmini ələ almaq mümkün olsa da, bu hərəkətlərin uzunmüddətli nəticələri hələ də qeyri-müəyyəndir. Maddi resurslarla məhdudlaşan və İran kimi güclü hərbi potensiala malik ölkə ilə müharibə aparmaq imkanına malik olmayan ABŞ rəhbərliyi kapitulyasiya tələbindən sülh çağırışına keçdi", - deyə ekspert qeyd edib.
Suşentsovun fikrincə, ABŞ Prezidenti Donald Tramp bu məsələdə fürsətçi kimi çıxış edib. "Uzunmüddətli münaqişənin mümkün olmadığını anlayaraq, Tramp İsrailin İran hava hücumundan müdafiə sistemini aşmaqda əldə etdiyi uğurlardan istifadə etdi və ABŞ-nin hərbi gücünü bir anlıq nümayiş etdirməklə öz respublikaçı elektoratına, yəni İsraili dəstəkləyən seçicilərə mesaj verdi", - deyə o bildirib.
Ekspert əlavə edib ki, İsrailin hərbi əməliyyatı olmasaydı, ABŞ İranın nüvə obyektlərinə bu qədər riskli zərbələr endirməyə cəsarət etməzdi.
Suşentsovun sözlərinə görə, güc tətbiqindən sonra vəziyyət nəzarətdən çıxa bilərdi: "Nəticədə Amerika aktivləri, İsrail, ABŞ-ın ərəb müttəfiqləri və elə İranın özü də zərər görə bilərdi. Belə böyük dövlətlər arasında böhranlar heç vaxt əvvəlcədən proqnozlaşdırıla bilməz."
Politoloqun fikrincə, böhran hələ başa çatmayıb: "Baş verənlər güc sınağı oldu, regionun təhlükəsizlik sistemini silkələdi və gələcək hərbi əməliyyatlara hazırlıq üçün bir təcrübə formalaşdırdı."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31