Kiyev Makron-Starmer cütlüyünə görə pis vəziyyətdə
10:14 Dünya"Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasındakı münaqişə Ukraynaya dəstək verən "İstəklilər koalisiyasını" parçalaya bilər".
Olaylar.az xəbər verir ki, bu barədə "Politiko" nəşri mənbələrə istinadən yazıb.
"İki fransız rəsmisi bildiriblər ki, "istəklilərin koalisiyası"nın dəqiq istiqaməti yoxdur, çünki London ABŞ-ın hələ həyata keçirilməmiş təhlükəsizlik zəmanətlərinə çox önəm verir. Makron-Starmer münasibətlərindəki çatların əsas səbəbi də ABŞ-a yanaşmadır. Onlar, xüsusilə Prezident Donald Trampla necə davranmalı olduqları barədə razılığıa gələ bilmirlər. Hətta daha çox qıcıqlanırlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31