Saaakaşvili: “Gürcüstan anomaliyaya çevrilib, ictimaiyyət təşəbbüsü ələ almalıdır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili sosial şəbəkədə paylaşdığı bəyanatda aktiv vətəndaşların təşəbbüsü ələ almalarının vacibliyini vurğulayıb. O, lider çatışmazlığı şəraitində yeganə düzgün çıxış yolunun ictimai özünü təşkil etmə olduğunu bildirib.

"Cənubi Qafqazda baş verənlər Rusiyanın Ukraynada zəifləməsinin birbaşa nəticəsidir. Ermənistanın baş naziri Paşinyan uğursuz müharibədən sonra ölkədə rusiyayönlü milyarder Karapetyanı həbs etdi və Avropa İttifaqına üzv olmaq kursunu rəsmən elan etdi. Azərbaycan NATO ilə əməkdaşlığa başladı, Rusiyanı birbaşa təhlükə kimi görür və öz siyasi, iqtisadi və mədəni məkanını rus təsirindən təmizləmək üçün addımlar atır. Üstəlik, Bakı və İrəvan arasında yaxınlaşma başlayıb - bu isə Rusiya üçün ciddi zərbədir," - deyə Saakaşvili qeyd edib.

O, Gürcüstanın bu fonda "anomaliya" olduğunu bildirib: "Bir tərəfdən, ictimaiyyət artıq İvanişvili və onun dəstəsindən bezib. Bu bandit qrupun zorakılığı, həyasızlığı və ədalətsizliyi fonunda hətta onların tərəfdarları da siyasi mənsubiyyətlərini etiraf etməkdən çəkinirlər, çünki özləri də ehtiyac və alçaldılma içindədirlər."

Saakaşvili həmçinin əlavə edib: "Hamı deyir ki, belə davam edə bilməz və 'nəsə olacaq'. Amma anlamalıyıq ki, o 'nəsə' özü-özünə baş verməyəcək. Biz vaxt itirməməliyik. Lider qıtlığı şəraitində ictimaiyyətin təşəbbüsü ələ alması və eyni dairə üzrə fırlanmağı dayandırması vacibdir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31