Rusiyanın səfiri Ermənistan XİN-ə çağırılıb- ÖZƏL

Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona ölkədəki son daxili siyasi proseslərlə bağlı Rusiyadan səslənən fikirlərə görə etiraz notası təqdim edilib.

Olaylar xəbər verir ki,bu barədə Ermənistan XİN portalı radar.am-a məlumat verib.

Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, İrəvan diplomatik kanallar vasitəsilə Rusiyadan gələn bəzi qiymətləndirmələrdən narazılığını qarşı tərəfə çatdırıb. "Rusiyanın Ermənistandakı səfiri XİN-ə çağırılıb və ona etiraz notası təqdim olunub", - deyə qurum qeyd edib.

İrəvan həmçinin bəyan edib ki, Rusiya KİV-lərində yayımlanan və Ermənistan tərəfinin fikrincə, bəzi rusiyalı rəsmilər və ekspertlər tərəfindən səsləndirilən bənzər bəyanatlarda ifadə olunan açıq şəkildə "qeyri-dostyana ritorikaya" qarşı qəti etirazlarını ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31