Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılıb
19:25 DünyaBöyük Britaniyada COVID-19-un yeni ştamı sürətlə yayılmağa başlayıb.
Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, "Stratus" adlanan bu ştamın XFG və XFG.3 adlı iki variantı mövcuddur.
Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına görə, XFG.3 hazırda ən geniş yayılan variant hesab edilir.
Digər ştamlardan fərqli olaraq, "Stratus"un diqqətçəkən xüsusiyyəti onun özünəməxsus simptomudur. Bu ştama yoluxan insanlarda səsin batması və boğazda xırıltı müşahidə edilir.
Adıçəkilən agentliyin baş epidemioloqu Aleks Allen bildirib ki, virusların zamanla mutasiyaya uğraması və dəyişməsi normaldır. "Biz bütün COVID-19 variantlarını yaxından izləməyə davam edirik", - deyə o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31