Conson: Putinlə Makronun söhbəti Fransanın BMT-dəki mövqeyini dəyişə bilər- ÖZƏL
4 İyul 18:53 Dünya"Fransanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında baş tutan danışıqdan sonra özünü daha uyğun şəkildə apara bilər."
Olaylar.az xəbər verir ki,bu fikri Sonar21 üçün yazdığı məqalədə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sabiq analitiki Larri Conson bildirib.
Onun sözlərinə görə, Putin və Makron BMT Təhlükəsizlik Şurasındakı rollarını müzakirə ediblər.
"2024-cü ilin aprelində əldə etdiyim şəxsi təcrübəyə əsaslanaraq qəti şəkildə deyə bilərəm ki, fransız nümayəndə (BMT Təhlükəsizlik Şurasında) tam bir axmaqdır," - deyə Conson vurğulayıb.
O əlavə edib ki, iki ölkə liderinin söhbəti nəticəsində fransız nümayəndə özünü əsl diplomat kimi aparmağa başlaya bilər.
Bundan əvvəl britaniyalı analitik Aleksandr Merkouris Makronun Putinə zəngindən sonra onu ələ salmışdı.