Estoniya prezidentindən Rus Pravoslav Kilsəsinə “veto” – Qanunu imzalamaqdan imtina etdi!

Estoniya prezidenti Alan Karis Rus Pravoslav Kilsəsinin ölkədəki fəaliyyətini qadağan edən qanunu imzalamaqdan imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb. Bildirilib ki, dövlət başçısı sözügedən qanunun Estoniya Konstitusiyasına zidd olduğunu əsas gətirərək onu təsdiqləməkdən boyun qaçırıb.

Qanun layihəsi ölkədə mübahisələrə səbəb olmuşdu və bir çox siyasi dairələr bu addımın milli təhlükəsizliklə bağlı olduğunu iddia edirdi. Lakin prezident Karis hüquqi əsaslara istinad edərək qərarını hüquqi baxımdan izah edib.

Hazırda sənəd Estoniya parlamentinə qaytarılıb. Qanunun gələcək taleyi isə hələlik qeyri-müəyyəndir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31