İsrail müdafiə naziri: “İran üzərində hava üstünlüyünü qorumaq üçün plan hazırlanır”- ÖZƏL

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail Müdafiə Ordusunun qarşısında duran əsas vəzifələrdən biri İran üzərində hava üstünlüyünü qorumaq üçün kəşfiyyat və operativ tədbirləri hazırlamaqdır.
Olaylar.az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib: "İsrail Hərbi Hava Qüvvələrinin Tehran üzərində hava üstünlüyünü qoruyub saxlaması üçün lazımi kəşfiyyat və əməliyyat tədbirləri hazırlanmalıdır".
Kats əlavə edib ki, İsrail İslam Respublikası ilə bağlı aktiv müdafiə siyasəti yürütmək niyyətindədir.
Xatırladaq ki, İsrail və İran arasında son aylarda artan gərginlik fonunda rəsmi Təl-Əviv bu kimi strateji açıqlamalarla bölgədəki hərbi üstünlüyünü gücləndirməyə çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31