Tramp: Bir çox ölkələr İsraillə münasibətləri normallaşdıracaq- ÖZƏL

ABŞ Donald Tramp bildirib ki, Yaxın Şərqin bir çox dövləti İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim sazişlərinə qoşulacaq.
Olaylar.az xəbər verir ki,  "Fikrimcə, bir çox ölkə İbraham sazişlərinə qoşulacaq", - deyə Tramp Ayova ştatına səfərdən qayıdarkən Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərini "Reuters" agentliyi yayıb.
Tramp əlavə edib ki, bu məsələ iyulun 3-də Ağ Evdə Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xaləd bin Salman əl-Səudla keçirilən görüş zamanı da müzakirə olunub.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bəyan etmişdi ki, Livan və Suriya ilə İsrail arasında münasibətlərin normallaşdırılması artıq real imkan kimi görünür. O, həmçinin bu addımın regionda daha genişmiqyaslı sülh prosesinin tərkib hissəsi ola biləcəyini vurğulamışdı.
Tramp İbrahim sazişlərini öz prezidentliyi dövründəki ən böyük nailiyyətlərdən biri hesab edir. Sazişlər 2020-2021-ci illərdə ABŞ-nin vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında imzalanıb. 2020-ci ildə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeş İsraillə münasibətləri normallaşdırıb. 2021-ci ildə isə Sudan İsraillə diplomatik əlaqələrin qurulduğunu elan edib. Bu sazişlərə qədər Yaxın Şərqdə yalnız Misir (1979) və İordaniya (1994) İsraillə rəsmi diplomatik əlaqələrə malik idi.
Donald Tramp yanvarın 20-də bildirib ki, Səudiyyə Ərəbistanı 2025-ci ilin sonuna qədər İsraillə İbrahim sazişlərini imzalaya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31