ABŞ nümayəndəsi Rusiyaya enerji sanksiyalarının ləğvini təklif edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Politico nəşrinin yazdığına görə, ABŞ-nin xüsusi prezident elçisi Stiv Vitkoff Rusiyaya qarşı tətbiq edilən enerji sanksiyalarının ləğv edilməsinin vacib olduğunu hesab edir. Nəşr iki mənbəyə istinadla qeyd edir ki, Vitkoffun bu fikri ABŞ administrasiyasında yekdil şəkildə qəbul olunmur.

Xüsusilə, ABŞ-nin daxili işlər naziri Duq Burqum Rusiyanın bazardan sıxışdırılıb, yerinə daha çox Amerika enerji məhsullarının gətirilməsinin tərəfdarıdır. Politico yazır ki, bu məsələ administrasiya daxilində ciddi müzakirələrə səbəb olub.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov "Birinci Kanal"a müsahibəsində bildirib ki, Moskva və Vaşinqton "Şimal Axını" qaz kəmərləri ilə bağlı məsələləri müzakirə edir. O əlavə edib: "Əgər amerikalılar Avropaya təsir göstərib, onu Rusiya qazından imtina etməməyə məcbur etsə, bu maraqlı olardı."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31